Modern.az

İŞİD Azərbaycanda hücum hazırlayıb? - Sensasiyalı XƏBƏR

İŞİD Azərbaycanda hücum hazırlayıb? - Sensasiyalı XƏBƏR

Aktual

11 İyul 2016, 11:37

Türkiyənin “Milliyət” qəzeti sensasiyalı xəbər dərc edib. Modern.az saytının məlumatına görə, xəbərdə iddia olunur ki, “İslam dövləti” qruplaşması (İŞİD) Türkiyə və Avropaya gedəcək terrorçuları Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyə başlayıb.

İddia olunur ki, İŞİD son dövrdə Azərbaycan, Şimali Qafqazdakı əlaltılarına Türkiyə və Azərbaycanda aksiyalar keçirmək tapşırıqları verib.

O da bildirilir ki, Azərbaycandakı və Şimali Qafqazdakı İŞİD-çilər Türkiyə və Azərbaycanda “canlı bomba” hücumları həyata keçirməyi planlaşdırıblar.

Terrorçuların Azərbaycandakı əsas hücum hədəflərinin polislər və  onların ailə üzvlərinin olduğu bildirilir.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı