Modern.az

Gürcüstan Ermənistana qaz verməyi dayandırdı

Gürcüstan Ermənistana qaz verməyi dayandırdı

Aktual

11 İyul 2016, 11:45

İyulun 10-dən avqustun 10-dək  Gürcüstandan Ermənistana qaz verilməsi müvəqqəti dayandırılacaq.

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 İnformasiyaya görə, Gürcüstanın qaz nəql edən şirkəti Ermənistana təbii qaz verilməsini müvəqqəti olaraq Gürcüstan ərazisində magistral qaz kəmərində kranların dəyişdirilməsi, zədələnmiş hissələrinin təmiri ilə əlaqədar dayandıracaq.

Bununla bağlı olaraq "Ermənistan Qazprom" şirkəti əhalini rəsmən xəbərdar edib.

Hakimiyyət ölkədə təbii qazın təminatında heç bir problemin olmayacağını açıqlayıb.

 

İstehlakçıların qazla fasiləsiz təchizatı Ermənistanın “Abovyan” adlandırılan yeraltı qaz saxlama stansiyasındakı A ehtiyatların hesabına həyata keçiriləcək.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...