Azərbaycan Dillər Universitetinin Təbriz küçəsində yerləşən korpusunun damında bir göyərçin həyatla ölüm arasında mübarizə aparır. Bir qədər qəribə səslənir, amma o da bir canlıdır...
Bu haqda isə Modern.az saytına paytaxtın Təbriz küçəsində yerləşən binanın sakini Aynurə Qarabağlı məlumat verib.
O bildirib ki, mütəmadi olaraq universitetin damında göyərçinlər uçurlar:
“Lakin 2 gün əvvəl Azərbaycan Dillər Universitetinin Təbriz küçəsində yerləşən korpusunun damında uçan göyərçinlərdən biri oradakı dəmirə alışıb. 2 gündür çabalayan quşa heç kim yardım etmir. İstənilən halda o bir canlıdır deyə düşünürəm”.
Bina sakini kiçik canlının xilas edilməsi üçün hətta dövlət qurumuna müraciət də edib:
“Əlacım kəsildi, Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdim. İstənilən halda o bir canlıdır. Nazirlikdən mənə bildiridlər ki, yalnız fövqəladə hal zamanı əraziyə çıxırlar”.
Modern.az göyərçinin həyatla ölüm arasındakı mübarizəni əks etdirən fotonu təqdim edir:
Gülşən RAUFQIZI