Modern.az

Fitosanitar Nəzarəti Xidməti Göyçaya yayılan “sovka”nı məhv edir...

Fitosanitar Nəzarəti Xidməti Göyçaya yayılan “sovka”nı məhv edir...

Aktual

11 İyul 2016, 17:03

Göyçay rayonunda bostan və pomidor əkin sahələrində “Payızlıq əkin sovkası” adlanan zərərvericilərin pomidor şitillərini məhv etməsi ilə bağlı məlumatlarda bildirilir ki, qurdlar məhsulun yarpağına və özünə ziyan vurur. Hətta  onların məhv edilməsi üçün vurulan dərmanlar da təsirsiz qalır.

Məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Bitki Mühafizə Mərkəzinin rəisi vəzifəsini icra edən Damət Sultanov bildirib ki, istər bostan bitkiləri, istərsə də payızlıq əkin sahələrində mütəxəssislər tərəfindən vaxtaşırı fitosanitar monitorinqlər aparılır.

Onun sözlərinə görə, Göyçay rayon ərazisində ümumilikdə 317 hektarlıq bostan və pomidor əkin sahələrində müşahidə işləri aparılıb:

“6 hektar sahənin “Payızlıq əkin sovkası” ilə sirayətələndiyi aşkar olunub. Artıq həmin sahələrdə adı çəkilən zərərvericilərə qarşı mübarizə işlərinə başlanılıb. Kimyəvi üsulla mübarizə tədbirlərində DFNX-nin mütəxəssisləri ilə yanaşı, vətəndaşlar, fermerlər və fərdi təsərrüfat sahibləri də aktiv iştirak edirlər.

Birgə mübarizə nəticəsində artıq ilkin bioloji səmərəlilik əldə olunub. Hazırda fermerlərə və fərdi təsərrüfat sahiblərinə mübarizənin səmərəliliyi barədə məlumat verilir.

Hazırda Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları tərəfindən bir neçə rayonda, o cümlədən Göyçayda mütəmadi monitorinqlər həyata keçirilir, əkin sahələrinin sirayətlənmə dərəcəsi müəyyənləşdirilir.

Eyni zamanda vətəndaşlara, torpaq mülkiyyətçilərinə və fermerlərə zərərvericilərin inkişaf dinamikası və onlarla mübarizə tədbirləri haqqında məlumatlar verilir”.

Mütəxəssis yuxarıda adı çəkilən zərərvericilərin pestisidlərə qarşı çox həssas olduqlarını da diqqətə çatdırıb:

“Əgər mübarizə zamanı pestisidlərdən normasında və vaxtında istifadə olunarsa, belə problemləri asanlıqla aradan qaldırmaq olar. Həmçinin, fermerlər və sahibkarlar Dövlət Xidmətinin rəsmi saytı olan “dfnx.gov.az” saytına daxil olmaqla, zərərvericilərə qarşı aparılan mübarizə tədbirlərinin qaydaları haqqında daha dolğun məlumat əldə edə bilərlər”.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı