Bu gün Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.
Modern.az-ın xəbərinə görə, görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması əsas müzakirə mövzusu olacaq.
Toplantıda Xəzərdə dövlət və hökumətlərin birgə əməkdaşlığın istiqamətləri ətrafında fikri mübadiləsi aparılacaq.
XİN başçılarının görüşündə yaxın aylarda Astanada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
Görüşdə Azərbaycanı XİN başçısı Elmar Məmmədyarov təmsil edir.
Ağa AKİFOĞLU