Modern.az

Gəncədə maskalılar mənzilə basqın etdilər - ev sahibi öldürüldü, arvadı yaralandı  

Gəncədə maskalılar mənzilə basqın etdilər - ev sahibi öldürüldü, arvadı yaralandı   

Aktual

13 İyul 2016, 11:15

Gəncədə maskalılar evə basqın ediblər.

 

APA-nın verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Dədə Qorqud küçəsi ev 19 ünvanında qeydə alınıb.

 

Bir neçə maskalı şəxs Famil Bayramovun mənzilinə girərək, pul tələb edib. Maskalılar onlara heç nə verməyən 1949-cu il təvəllüdlü F. Bayramovu döyərək öldürüblər. Onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Gülnaz Məmmədovanı da döyərək, ona ağır bədən xəsarətləri yetiriblər. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı