Modern.az

Neftçalada ikimərtəbəli ev yandı

Neftçalada ikimərtəbəli ev yandı

Aktual

4 Dekabr 2018, 09:56

Neftçalada ikimərtəbəli ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Həsənabad qəsəbəsində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 16 m² sahədə və evə bitişik ümumi sahəsi 30 m² olan tikilinin (dülgər sexi kimi fəaliyyət göstərir) içərisində taxta materiallar və qapı 5 m² sahədə yanıb.

 

 

Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı