Modern.az

Məmmədyarov erməni nazirlə görüşü şərh etdi  

Məmmədyarov erməni nazirlə görüşü şərh etdi    

Aktual

6 Dekabr 2018, 08:00

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib:

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb".

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...