Modern.az

Regional məsələlər komitəsi 5 məsələni müzakirə üçün toplaşır

Regional məsələlər komitəsi 5 məsələni müzakirə üçün toplaşır

Aktual

14 May 2020, 10:57

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçiriləcək.

 

Bu haqda Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasa komitənin rəhbəri Siyavuş Novruzov sədrlik edəcək.

 

İclasda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulub.

 

Onlayn iclasda Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti, koronavirus infeksiyası ilə əlaqədar respublikamızın regionlarında fəaliyyət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr və həyata keçirilən sosial tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu