Modern.az

MSK-nın tərkibi YENİLƏNƏCƏK

MSK-nın tərkibi YENİLƏNƏCƏK

Aktual

14 May 2020, 16:06

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məsələ Milli Məclisin yaxın zamanlarda keçiriləcək iclaslarının birində müzakirəyə çıxarılacaq.

 

Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir.

 

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis tərəfindən seçilir. Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu