Modern.az

Milli Məclisdə insan alveri məsələsi müzakirəyə çıxarılacaq

Milli Məclisdə insan alveri məsələsi müzakirəyə çıxarılacaq

Aktual

14 May 2020, 16:45

Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək. Modern.az-ın məlumatına görə, birgə iclas zamanı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Mayın 18-də keçiriləcək komitələrin birgə iclasına Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov çıxış edəcək.

Həmçinin, mayın 19-da keçiriləcək parlamentin plenar iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Samir Zeynalovun iştirak edəcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?