Modern.az

İnsan alverindən zərərçəkənlərə 700 manat verilir - Azərbaycanda

İnsan alverindən zərərçəkənlərə 700 manat verilir - Azərbaycanda

Aktual

14 May 2020, 17:05

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 400 manatdan 700 manata qaldırılıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik məlumatında bildirilir.

 

Qeyd olunub ki, beynəlxalq və yük daşımalarını yerinə yetirən sürücülərin hazırlığını həyata keçirən təlim müəssisələrinin insan alveri ilə bağlı mövzuları tədris etmək öhdəlikləri müəyyən olunub.

 

Qeyd edək ki, illik hesabat Milli Məclisin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu