Azərbaycanda 2019-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 186 insan alveri, o cümlədən dörd məcburi əmək faktı aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatında yazılıb.
Bildirilib ki, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 fakt qeydə alınıb. 10 nəfərdən ibarət dörd cinayətkar qrupun zərərsizləşdirildiyi, barələrində axtarış elan olunmuş 35 nəfərdən 19-nun isə tutulduğu bildirilib.