Modern.az

“Türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür” - Siyavuş Novruzov

“Türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür” - Siyavuş Novruzov

Aktual

19 May 2020, 11:18

Təklif edirəm ki, Azərbaycan xalqına qarşı hər hansı bir şəxsin aşağılacyıcı bir sözu cinayət məsuliyyəti ilə ölçülsün, bununla bağlı tədbir görülsün.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

 

O bildirib ki, milli sözünü də biabr edən "Milli Şura" dərnəyi keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsiz ifadələr səsləndirib:

 

“Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Bunlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək insanlar serialı sizdən üstün tutur da, deməli türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür, demək xalq bunları bəyənmir.

 

Milli Məclisin deputatı Musa Quliyev də Siyavuş Novruzovun çıxışına dəstək olduğunu bildirib:

 

“Düşünürəm ki, xalqımızı viruslardan və zərərvericilərdən qorumalıyıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə