Modern.az

Əli Məsimli Statistika Komitəsini tənqid etdi: “Siyahıyaalınma düzgün aparılsa idi...”

Əli Məsimli Statistika Komitəsini tənqid etdi: “Siyahıyaalınma düzgün aparılsa idi...”

Aktual

19 May 2020, 16:23

“Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi çox vacibdir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O bildirib ki, ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirini qəbul edən zaman ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi istiqamətində əlavə işlər görülməsini tapşırıb:

 

“Ölkə başçısı ilə nazirin görüşü zamanı vacib məqam ortaya çıxmışdı. Nazirlik pay torpağı olan 7000 ailəyə ünvanlı sosial yardım verilməsini təmin etmişdi. Deməli, bundan başqa da pay torpaq sahəsi olan insanların da ünvanlı sosial yardım alması mümkündür. Pay torpağı olan insanlara ünvanlı sosial yardım verilməməsi məntiqə sığmayan addımdır. Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi sahəsinə kiçik pay torpaqları olan insanların da daxil edilməsini təklif edirəm”.

 

O qeyd edib ki, gəlirlər yaşayış minimumundan aşağı olan və ehtiyac meyarından aşağı olan əhaliyə də ünvanlı dövlət sosial yardımı verilsin:

 

“Ehtiyac meyarı aradan qaldırılmalıdır. Bu, qondarma bir şeydir. Digər tərəfdən Dövlət Statistika Komitəsinin əhalinin siyahıya alınması ilə bağlı buraxdığı səhvlərin pandemiya dövründə zərərini gördük. Siyahıyaalınma düzgün aparılsa idi, biz bunu yaşamazdıq. Ona görə də ünvanlı dövlət sosial yardımın əhatə dairəsi genişləndirilməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək