Modern.az

“Ünvanlı sosial yardım insanlarda tənbəllik yaradır” - Azay Quliyev

“Ünvanlı sosial yardım insanlarda tənbəllik yaradır” - Azay Quliyev

Aktual

19 May 2020, 16:42

“Ünvanlı sosial yardım vətəndaşlarımızda tənbəllik yaradır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Azay Quliyev deyib. O bildirib ki, ona görə də bu məsələyə yeni yanaşma tələb olunur:

 

“Biz vətəndaşların daha çox məşğulluğunun təmin olunmasına yönəlməliyik. Məşğulluq proqramını genişləndirməli və vətəndaşları aktiv məşğulluq fəaliyyətinə alışdırmalıyıq. Bunun üçün istərdim ki, buradakı aidiyyəti qurumlar bizə məlumat versin ki, bu istiqamətdə işlər nə yerdədir, qarşıda, perspektivdə hansı addımlar atılması nəzərdə tutulur. Biz məşğulluqla həm insanlar üçün yeni iş yerlərinin yaradılmasına nail ola bilərik. Məşğulluğu genişləndirməklə, əhalinin sosial rifahının genişləndirilməsinə şərait yaradarıq”.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək