Modern.az

Parlamentdə sosial şəbəkələrlə bağlı məsələ qaldırıldı

Parlamentdə sosial şəbəkələrlə bağlı məsələ qaldırıldı

Aktual

31 May 2020, 12:01

"ABŞ kimi dünyada demokratiyanın göstəricisi sayılan ölkədə sosial şəbəkələrlə bağlı qərar qəbul olunub”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Cavid Osmanov deyib. O bildirib ki, belə bir qanunun Azərbaycanda da qəbulunun vaxtı yetişib:

 

“Bununla saxta profillər üzərindən ölkəmizə qarşı şər-böhtan atanların qarşısı alınar. Son zamanlar Milli Şura ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. Xahiş edirəm ki, Milli Məclis gələcəkdə belə bir qanun layihəsinin qəbul olunmasına öz töhfəsini versin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?