Modern.az

Yerevanda İZDİHAMLI MİTİNQ - “Nikol, satqın!”, “İstefa!” şüarları...

Yerevanda İZDİHAMLI MİTİNQ - “Nikol, satqın!”, “İstefa!” şüarları...

Aktual

11 Noyabr 2020, 14:14

Ermənistanın paytaxtı Yerevanda müxalifət partiyalarının birgə mitinqi keçirilir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 17 siyasi partiyanın qatıldığı mitinq “Nikol, satqın!” şüarı ilə müşayiət olunur. Keçmiş baş nazir Vazgen Manukyan Paşinyanı devirməsələr, erməni xalqının mənliyinin olmayacağını söyləyib.

 

Daşnakların nümayəndəsi Qeqam Manukyan isə ölkənin düşdüyü rüsvayçı duruma görə, yalnız Paşinyan və onun komandasının təqsirkar olduğunu əlavə edib.


Mitinqin qadağan edilməsinə baxmayaraq, aksiyada on minlərlə insanın iştirak etdiyi xəbər verilir. Opera və Balet Teatrının qarşısında toplaşan çoxsaylı polis qüvvələri aksiyaya müdaxilə etməyib.

 

Müxalifət partiyaları aksiyaqabağı Yerevana bütün giriş-çıxışların bağlandığını bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu