Modern.az

Qarabağda atəşkəs pozuldu - Rusiya Müdafiə Nazirliyindən AÇIQLAMA

Qarabağda atəşkəs pozuldu - Rusiya Müdafiə Nazirliyindən AÇIQLAMA

Aktual

12 Dekabr 2020, 20:12

Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

 

"Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb", - açıqlamada deyilir.

 

Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə bildirib ki, dekabrın 11-də ermənilər terror aktları törədiblər:

 

"Dünən ya erməni yaraqlıları, yaxud "Ermənistan ordusu" adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı