Modern.az

Cəlilabbad ev yandı - yaşlı qadın öldü

Cəlilabbad ev yandı - yaşlı qadın öldü

Aktual

14 Dekabr 2020, 09:24

Cəlilabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

 

Rayonda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu