Modern.az

Minsk qrupunun həmsədrləri Yerevanda

Minsk qrupunun həmsədrləri Yerevanda

Aktual

14 Dekabr 2020, 13:34

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda səfərdədir.

 

Modern.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Diplomatlar Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.

 

Görüşdə Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib.

 

Onların Ermənistanın baş naziri ilə də görüşəcəyi gözlənilir.

 

Tərəflər Qarabağdakı durumu müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu