Modern.az

Jirinovski yenidən partiya sədri seçildi

Jirinovski yenidən partiya sədri seçildi

Aktual

14 Dekabr 2020, 14:38

Rusiya Dövlət Dumasının üzvü, siyasətçi Vladimir Jirinovski yenidən partiya sədri seçilib.

 

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının növbəti qurultayı keçirilib. Vladimir Jirinovski səs çoxluğu ilə növbəti dönəm üçün yenidən partiyanın sədri vəzifəsinə yiyələnib.

 

Qeyd edək ki, Vladimir Jirinovski irqçi çıxışları və ermənipərəst mövqeyi ilə məşhurdur. Onun Rusiyadakı antitürk siyasətçilərdən biri olduğu məlumdur. Qazaxıstanda anadan olan Vladimir Jirnovski ixtisasca türkoloqdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu