Modern.az

Naxçıvan şəhidlərimizi qarşıladı

Naxçıvan şəhidlərimizi qarşıladı

Aktual

14 Dekabr 2020, 20:00

Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

 

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

 

Şəhid olan hərbi qulluqçularımız Qədimov Güloğlan Nürəddin oğlunun və Vəliyev Vüsal İslam oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. 

 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

 

Şəhidlərin cənazələri doğulduqları qəsəbə və kəndə yola salınıb.

 

Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu