Modern.az

“Arazı ayırdılar, hətta qopardılar” - Dövlət Baxçalı Ərdoğanı dəstəklədi

“Arazı ayırdılar, hətta qopardılar” - Dövlət Baxçalı Ərdoğanı dəstəklədi

Aktual

14 Dekabr 2020, 22:01

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləyib.

 

Modern.az-ın məlumatına görə, partiya başqanı bu barədə özünün tvitter səhifəsində yazıb:

 

"Bu dəfə mən də səslənirəm:

Arazı ayırdılar,
Mil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.

 

Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu