Modern.az

Əsirlikdən qayıdan hərbçinin atası: “Ali Baş Komandanına təşəkkür edirəm!”

Əsirlikdən qayıdan hərbçinin atası: “Ali Baş Komandanına təşəkkür edirəm!”

Aktual

15 Dekabr 2020, 15:30

“Şükürlər olsun, Allahıma, oğlum qayıtdı”.

Bu sözləri Modern.az-a açıqlamasında Vətən müharibəsində ermənilərə əsir düşən hərbçi Vəliəhəd Vəliyevin atası Şakir Vəliyev bildirib.


O qeyd edib ki, ailə rəsmi qurumlardan yenicə məlumat alıb:

“Azərbaycanın Ali Baş Komandanına təşəkkür edirəm. Günlərdir yolunu gözlədiyimiz oğlumuz evinə qayıtdı. Şükürlər olsun Allahıma. Danışa bilmirəm, bir onu deyə bilərəm ki, sevincimizin həddi-hüdudu yoxdur”.

Qeyd edək ki, bundan öncə Vəliəhədin şəhid olduğu xəbəri yayılmışdı. Hətta "şəhidin nəşi" oktyabrın 30-da yaşadığı Lənkərana gətirilərək, dəfn olunmuşdu.

Bir müddət sonra V.Vəliyevin sağ olması barədə sosial şəbəkədə məlumatlar yayıldı. O zaman yayılan məlumatları Şəhidin atası Şakir Vəliyev nə təkzib, nə də təsdiq edə bilmişdi.  İndi isə oğlunun sağ qaldığı məlum olub.


Fidan İlqarqızı

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!