Modern.az

Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO

Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO

Aktual

26 Dekabr 2020, 20:20

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq sərt hava şəraiti və müxtəlif relyefli ərazilərdə hərbi qulluqçuların döyüş hazırlığı üzrə praktiki dərsləri keçirilir.

 

Modern.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri praktiki məşqlərə cəlb olunan şəxsi heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

 

Hərbi qulluqçular şərti düşmən hədəflərinə atıcı silahlardan atəş açır və digər praktiki tapşırıqları icra edirlər.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV