Modern.az

Tramp Baydeni “saxta prezident” adlandırdı - FOTO

Tramp Baydeni “saxta prezident” adlandırdı - FOTO

Aktual

26 Dekabr 2020, 21:21

ABŞ-ın hazırkı prezidenti Donald Tramp ölkənin yeni seçilmiş rəhbəri Cozef Baydeni "saxta prezident" adlandırıb.

 

Modern.az xəbər verir ki, Prezident bu barədə özünün tvitter hesabında yazıb.

 

D.Tramp ABŞ-da keçirilən son prezident seçkisni üçüncü dünya ölkələrində keçirilən seçkilərə bənzədib:

 

"Əfqanıstanda xidmət etmiş gənc hərbçi mənə dedi ki, Əfqanıstandakı seçkilər ABŞ-ın 2020-ci il seçkilərindən daha etibarlı və daha yaxşıdır. Bizimki milyonlarla və milyonlarla korrupsiyalaşmış poçt bülletenləri olan seçki idi, üçüncü dünya ölkəsinin seçimi kimi. Saxta Prezident!"

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...