Yaponiya hökuməti ölkəyə girişi müvəqqəti olaraq bağlayır.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bir sıra ölkələrdə koronavirusun mutasiya etmiş yeni növü - "Britaniya ştammı" aşkar olunduğu üçün hökumət dekabrın 28-dən gələn il yanvarın 31-dək xaricdən ölkə ərazisinə girişi dayandırmaq barədə qərar verib.