Modern.az

Daha bir ölkədə təhlükəli koronavirus aşkarlandı

Daha bir ölkədə təhlükəli koronavirus aşkarlandı

Aktual

26 Dekabr 2020, 22:22

İsveçdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı İsveçin Səhiyyə İdarəsinin nümayəndəsi Sara Büfors deyib.

 

"Södermanland əyalətində Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış koronavirus variantına yoluxma qeydə alınıb" - deyən S.Büforsun sözlərinə görə, koronavirusun yeni ştammına yoluxan şəxs Böyük Britaniyadan gəlib və ölkəyə girdiyi zamandan karantində olub.

 

Səhiyyə İdarəsinin nümayəndəsi Böyük Britaniyadan İsveçə gələnləri koronavirus testindən keçməyə və təcrid olunmağa çağırıb.

 

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV