Modern.az

Dənizə düşən qız belə xilas edildi - VİDEO

Dənizə düşən qız belə xilas edildi - VİDEO

Aktual

26 Dekabr 2020, 22:52

Bakıda ehtiyatsızlıqdan azyaşlı Xəzər dənizinə düşüb.

 

Modern.az xəbər verir ki, hadisə günorta saatlarında Dənizkənarı Bulvar ərazisində baş verib.

Bu barədə fotoqraf Ceyhun Abdulla sosial şəbəkə hesabında videogörüntü paylaşıb. Belə ki, yeniyetmə qız ehtiyatsızlıqdan dənizə yıxılıb. Ətrafdakılar dərhal Dənizkənarı Bulvar İdarəsinin mühafizə əməkdaşlarına məlumat verib və əraziyə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

 

Əməliyyatla dənizə düşən qız xilas edilərək ailəsinə təhvil verilib (oxu.az).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...