Modern.az

Messi ən yaxşı baş məşqçilərin adını açıqladı

Messi ən yaxşı baş məşqçilərin adını açıqladı

Aktual

26 Dekabr 2020, 23:07

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi indiyədək birgə çalışdığı baş məşqçilərdən ən yaxşılarını açıqlayıb. 

 

Modern.az xəbər verir ki, argentinalı hücumçu Xosep Qvardiola ilə Luis Enrikeni fərqləndirib.

 

33 yaşlı forvard bildirib ki, Qvardiola xüsusilə seçilir:

 

"Pep sizi hər şeyə fərqli bucaqdan yanaşmağa məcbur edir. Hazırlığı, müdafiə və hücumdakı taktiki göstərişləri o, dəqiqliklə izah edirdi. Qvardiola və Enrike ilə işlədiyim üçün şanslıyam. Bu iki baş məşqçi ən yaxşılarıdır. Onlar mənim futbolçu kimi böyüməyimə xeyli kömək etdilər və taktiki planda çox şey öyrətdilər".

 

Qeyd edək ki, Xosep Qvardiola "Barselona"da 2008-2012-ci, Luis Enrike isə 2014-2017-ci illərdə baş məşqçi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV