Modern.az

“Hərbçilərin uşaqları və ailələri üçün infrastrukturu təmin etməliyik” - Fazil Mustafa

“Hərbçilərin uşaqları və ailələri üçün infrastrukturu təmin etməliyik” - Fazil Mustafa

Aktual

28 Dekabr 2020, 12:48

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında hərbçilərin ailə vəziyyətinə toxunub.

 

Modern.az xəbər verir ki, Fazil Mustafa çıxışı zamanı sözünün Bakıda kabinetdən çıxmayan, kresloda oturan hərbçilərə aid olmadığını deyib.

 

“Dediyim kateqoriyadan olan hərbçilərin uşaqları və ailələri üçün infrastrukturu biz təmin etməliyik. Söhbət təkcə müavinət verilməsindən getmir. Sovet dövründə zabitlər, hərbçilər üçün belə infrastrukturlar var idi. Yəni bu uşaqların əqli, mədəni inkişafına nail olmalıyıq.  Hərbçi ailələri, uşaqları üçün müavinətdən başqa yollar tapmalıyıq”

 

Deputat bundan sonra dünya ermənilərinə qalib gəlməli olduğumuzu da qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib