Modern.az

Türkiyədə komendant saatı başladı

Türkiyədə komendant saatı başladı

Aktual

31 Dekabr 2020, 22:58

Türkiyədə yanvarın 4-nə qədər koronavirusla mübarizə çərçivəsində komendant saatı qüvvəyə minib.

 

Modern.az xəbər verir ki, dekabrın 14-ü ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanan komendant saatı 31 dekabr yerli vaxtla saat 21:00-dan yanvarın 4-ü səhər saat 05:00-a qədər tətbiq edilib.

 

Qeyd edək ki, Yeni il bayramı günlərində Türkiyədə komendant saatının tətbiq edilməsi barədə qərar ölkənin Nazirlər Kabinetinin iclasında qəbul edilmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!