Modern.az

30 yaşlı ana yeni ilin ilk saatlarında beşəm doğub

30 yaşlı ana yeni ilin ilk saatlarında beşəm doğub

Aktual

1 Yanvar 2021, 13:45

Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda yeni ilin ilk saatlarında ölkə tarixində ilk dəfə beşəm uşaq doğulub.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, beşəmlərin anası bu rayonun 30 yaşlı sakinidir. Uşaqların üçü qız, ikisi oğlandır.

Həkimlərin bildirdiyinə görə ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadırlar.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib