Modern.az

Qobustanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Qobustanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Aktual

2 Yanvar 2021, 09:21

Qobustan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Hüseynov Rafail İslam oğlu və 1987-ci il təvəllüdlü Hüseynov Rasim Almaz oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya sol baldır sümüklərinin sınıqları diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV