Modern.az

Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 58 mini ötüb

Aktual

2 Yanvar 2021, 13:49

Rusiyada son sutka ərzində daha 26 301 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 3 212 637 nəfərə çatıb.

 

Son sutka ərzində 447 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 58 002 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!