Modern.az

Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var

Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var

Aktual

2 Yanvar 2021, 13:56

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə yanvarın 1-də saat 4 radələrində Daşkəsən şəhəri ərazisində qeydə alınıb.

 

Şəhər sakini S.Alıyev idarə etdiyi “Qazel” markalı avtomobili dərəyə aşırıb.

 

Nəticədə sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

 

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!