Modern.az

Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında

Azərbaycan təhsil platforması UNESCO-nun rəsmi siyahısında

Aktual

2 Yanvar 2021, 15:55

Dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

 

Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib