Modern.az

Somalidə türklərə qarşı terror hücumu: ölən və yaralılar var

Somalidə türklərə qarşı terror hücumu: ölən və yaralılar var

Aktual

2 Yanvar 2021, 16:30

Somalidə Türkiyəyə məxsus şirkətin işçilərinə qarşı terror hücumu olub.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, daha 4 türk isə yaralanıb.

 

Türkiyənin Xarici İşlər Nazirliyi Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan türk şirkətində çalışanları hədəf alan mənfur hücumu şiddətlə qınayıb, yaralananlara şəfa diləyib.

 

“Hadisə nəticəsində yaralanan 4 vətəndaşımızın sağlamlıq vəziyyətini yaxından izləyirik. Dost və qardaş Somali hökuməti və xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV