Modern.az

Kafe sahibi və müştəriləri cərimələndi

Kafe sahibi və müştəriləri cərimələndi

Aktual

2 Yanvar 2021, 17:48

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 1-də Xırdalan şəhəri ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, kafeni işlədən A.Salahovun və orada olan 6 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!