Modern.az

Fermadan 21 baş heyvan oğurlandı

Fermadan 21 baş heyvan oğurlandı

Aktual

2 Yanvar 2021, 18:00

Samux rayonunda fermadan oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə Əlibayramlı kəndi ərazisindəki fermaların birindən 21 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi