Modern.az

Bitkoinin qiymətində rekord - YENİLƏNİB

Bitkoinin qiymətində rekord - YENİLƏNİB

Aktual

2 Yanvar 2021, 20:29

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 32 min dolları keçib.

 

Modern.az xəbər verir ki, bitkoinin dəyəri saat 20:13-də 9,8 faiz bahalaşaraq 32 054 dollar təşkil edib.

 

Beləliklə, bitkoinin qiyməti 32 min dolları keçməklə bu gün artıq üçüncü dəfə tarixi rekordu yeniləyib.

 

 

18:36

Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti 4% artaraq 31 min ABŞ dollarını ötüb.

 

Modern.az RİA“Novosti”yə istinadən xəbər verir ki, 20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 4,17% bahalaşaraq 30 834 ABŞ dollarına, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 4,80% dəyər qazanaraq 30 880 ABŞ dollarına yüksəlib.

 

Daha sonra bitkoinin qiyməti 31 min ABŞ dollar səviyyəsini aşıb və bütün zamanların ən yüksək səviyyəsinə - 31 180 ABŞ dollarına çatıb.

 

Bitkoin ümumi qlobal kriptovalyuta bazarının, təxminən, 71,1%-ni təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi