Modern.az

Amerikada bir gündə 2 mindən çox insan virusdan ölüb

Amerikada bir gündə 2 mindən çox insan virusdan ölüb

Aktual

2 Yanvar 2021, 19:12

ABŞ-da son gündə 160 606 nəfər yeni növ koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

 

Bildirilib ki, son 24 saat ərzində ABŞ-da 2 051 koronavirus xəstəsi ölüb.

 

Ümumilikdə pandemiyanın başlanğıcından bəri ABŞ-da 20,1 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 347 mindən çox insan COVID-19 -un qurbanı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi