Modern.az

Spikerin evinə donuz başı atıldı

Spikerin evinə donuz başı atıldı

Aktual

2 Yanvar 2021, 20:35

ABŞ-da naməlum şəxslər Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinin divarlarına qraffiti çəkiblər və şüarlar yazıblar.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, söhbət xanım siyasətçinin Konqresdə təmsil etdiyi Kaliforniyanın San-Fransisko şəhərindəki evindən gedir.

Qaraj qapısındakı yazılar arasında - “2K $” (2000 ABŞ dolları - Demokratların hər amerikalıya pandemiya fonunda yardım olaraq təklif etdiyi birdəfəlik ödəmə - Red) “2 min dollar”, “Kirayəni ləğv et!”, “Hamısını istəyirik!”, “Universal minimum gəlir” yazıları da var.

Evin kənarlarında anarxistlərin simvolu - bir dairədə "A" hərfi yazılıb.

 

Bundan başqa evin qarşısına kəsilmiş donuz başı atılıb və həyətə süni qan tökülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV