Modern.az

Bakıda Türkiyə vətəndaşı arvadını və özünü bıçaqladı

Bakıda Türkiyə vətəndaşı arvadını və özünü bıçaqladı

Aktual

2 Yanvar 2021, 21:26

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

 

Türkiyə Cumhuriyyətinin vətəndaşı olan 1972-ci il təvəllüdlü Abdulhamid Ucqar ailə münaqişəsi zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq zərbələri endirib.

Əcnəbi vətəndaş daha sonra özünə də bir neçə bıçaq zərbəsi vurub.

 

Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

 

Müayinə zamanı F.Süleymanovanın qarın və döş qəfəsində 7 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası, A.Ucqarın isə qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

 

Hadisənin təfərrüatı araşdırılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV