Modern.az

Teymur Rəcəbov finalda erməni şahmatçını MƏĞLUB ETDİ

Teymur Rəcəbov finalda erməni şahmatçını MƏĞLUB ETDİ

Aktual

2 Yanvar 2021, 21:36

Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində Azərbaycanı təmsil edən qrossmeysterimiz Teymur Rəcəbov turnirin finalının ilk günündə erməni həmkarı Levon Aronyanı məğlub edib.

 

Modern.az xəbər verir ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən şahmatçımız dördüncü partiyada rəqibini məğlub edib (2,5:1,5). Finalın ikinci qarşılaşması sabah keçiriləcək.

 

 

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi