Modern.az

Göyçayda dəm qazı can aldı

Göyçayda dəm qazı can aldı

Aktual

2 Yanvar 2021, 22:28

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

 

Modern.az xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Göyçay rayonu Bığır kənd sakini Umudova Mükafat Eynulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. 

 

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. M.Umudova xəstəxanada dünyasını dəyişib. 

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi