Modern.az

İtkin düşmüş hərbçimizin şəhid şəhid xəbəri gəldi 

İtkin düşmüş hərbçimizin şəhid şəhid xəbəri gəldi 

Aktual

3 Yanvar 2021, 10:16

Vətən Müharibəsinin ilk günlərindən itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, söhbət 1999-cu il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cabbarov Oruc Akif oğlundan gedir.

 

Şəhid O. Cabbarov ötən gün doğulduğu Yevlax rayonun Nərimanabad kəndində dəfn edilib.

 

Qeyd edək ki, sentyabrın 27-dən döyüşlərə qatılan şəhid ailəsiylə sonuncu dəfə oktyabrın 4-də əlaqə saxlayıb. Onun Suqovuşan istiqamətində şəhid olduğu bildirilir.

 

Allah rəhmət eləsin! ("Qafqazinfo")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV