Modern.az

Pakistanda şaxtaçılar oğurlanaraq güllələndi

Pakistanda şaxtaçılar oğurlanaraq güllələndi

Aktual

3 Yanvar 2021, 12:46

Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha üç nəfər yaralanıb.

 

Modern.az  xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib.

 

Məlumata əsasən, naməlum şəxslər şənbə günü gecə yarı şaxtanın işçilərini oğurlayaraq güllələyiblər.

 

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.

 

Qeyd edilir ki, hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi