Modern.az

"Traktor" Asiyanın ən populyar klubu oldu

Aktual

3 Yanvar 2021, 13:50

Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik “Traktor” Asiyanın ən populyar klubu seçilib.

Modern.az xəbər verir ki, bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib. Qurumun rəsmi saytında 2020-ci il ərzində aparılmış sorğuda finala yüksələn "Traktor" həlledici səsvermədə 51,14 faiz səs yığıb.

 

AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.



Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi